“Bu gün açıqlanacaq 2022-ci ilin birinci rübü üzrə ÜDM məlumatları iqtisadi artımın yavaşlamasını göstərə bilər, lakin ABŞ iqtisadiyyatı hələ də güclü olaraq qalır”.
Editor.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Bayden administrasiyasının rəsmisi deyib.
ABŞ Ticarət Nazirliyi bu gün Bakı vaxtı ilə saat 13.30-da 2022-ci ilin birinci rübü üçün ÜDM artımı məlumatlarını açıqlayacaq. İqtisadçılar birinci rübdə ABŞ iqtisadiyyatının 1,0-1,1 faiz artdığını təxmin edirlər. 2022-ci ilin ilk üç ayında artım 6,9 faiz olub.
“Müəssisələr səhmlərini artırmağa davam edir, lakin əvvəlki rüblərdə olduğu kimi sürətlə deyil”, -deyə qeyd edilib.
//Gülnarə Abasova, Editor.az

