ABŞ prezidenti Co Bayden ABŞ-da siyasi sığınacaq istəməyi çətinləşdirəcək immiqrasiya siyasətini sərtləşdirmək üçün tədbirlər görməyi düşünür.
Editor.az bu barədə “The New York Times”a istinadla yazır. Nəşrin yazdığına görə, Bayden administrasiyası belə bir addım atarsa, o zaman ABŞ-da Amerika torpaqlarına çatan hər kəsə sığınacaq verilməsi ilə bağlı təminatlar dayandırılacaq və ikitərəfli sərhəd təhlükəsizliyi qanun layihəsinin siyasəti də dayandırılacaq.
Ağ Evin sözçüsü NYT-yə bildirib ki, hələlik bu məsələ ilə bağlı qərar qəbul edilməyib. Güman edilir ki, Bayden ABŞ-ın maraqlarına zərərli olarsa, prezidentin səlahiyyətindən istifadə edərək istənilən şəxs üçün immiqrasiyanı dayandıra bilər.
//Gülnarə Abasova, Editor.az

