Bayden İstanbulda Rusiya-Ukrayna danışıqları ilə bağlı AÇIQLAMA veribbackend

Bayden İstanbulda Rusiya-Ukrayna danışıqları ilə bağlı AÇIQLAMA verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bayden Ağ Evdə Sinqapurun Baş naziri Li Hsien Loong ilə görüşdən sonra mətbuat konfransı keçirib.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, konfransda Bayden Rusiya və Ukrayna nümayəndə heyətlərinin Türkiyədəki danışıqları izlədiklərini və Rusiyanın bundan sonrakı addımlarını da diqqətlə izləyəcəyini bildirib.

“Rusiyanın bu gün Kiyevdəki və Ukraynanın şimalında başqa bir şəhərdəki qoşunlarını geri çəkəcəyi barədə açıqlamasına münasibətiniz necədir? Müharibənin sona yaxınlaşması ehtimalı varmı? Yoxsa sizcə, Rusiya vaxt udmağa çalışır ki, əlavə hərbi qüvvə təşkil etsin?” sualına Bayden belə cavab verib:

“Rusiyanın bundan sonrakı addımlarını görməyincə heç nə deyə bilmərəm. Dediklərini edəcəklərmi, bunu görəcəyik. Bu gün Türkiyədə danışıqlar oldu. Mən də NATO-dakı tərəfdaşlarımız Fransa, Almaniya və İngiltərənin liderləri ilə görüşdüm”.

Bayden, Rusiyanın atacağı addımları diqqətlə izlədiklərini, bir yandan isə Rusiyaya qarşı sanksiyaları və Ukraynaya müdafiə yardımlarını davam etdirəcəklərini vurğulayıb.

//Gülnarə Abasova, Editor.az