Bayden kampaniyası Trampın üçüncü raund debat təklifini dəstəkləməyibbackend

Bayden kampaniyası Trampın üçüncü raund debat təklifini dəstəkləməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Baydenin seçki kampaniyasının meneceri Cen Dillon bildirib ki, keçmiş prezident Donald Trampın üçüncü raund debat keçirmək təklifi qəbul edilməyəcək.

Editor.az bu barədə Hill-ə istinadla məlumat yayıb. Dillon vurğulayıb ki, artıq oyun olmayacaq, daha çox xaos, debatla bağlı müzakirələr olmayacaq. Onun sözlərinə görə, Bayden öz şərtlərini Trampa təqdim edib və o, şərtləri qəbul edib.

Onun seçki qərargahının rəhbəri keçmiş prezidenti debata müdaxilə etməkdə ittiham edib. Baydenin tərəfdaşlarının sözlərinə görə, Tramp daim razılaşmaları və dəfələrlə son anda müzakirələri pozur.

//Gülnarə Abasova, Editor.az