Bayden kəşfiyyat orqanlarına Rusiya ilə bağlı göstəriş verdibackend

Bayden kəşfiyyat orqanlarına Rusiya ilə bağlı göstəriş verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Co Bayden ölkənin kəşfiyyat orqanlarına Rusiya ilə bağlı bir sıra göstərişlər verib.

“İnterfaks”ın məlumatına görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki bildirib.

“Prezident kəşfiyyat xidmətlərimizdən “Solar Winds”ə qarşı haker hücumu, 2020-ci il seçkilərinə Rusiya müdaxiləsi, müxalifət lideri Aleksey Navalnıya qarşı kimyəvi silah tətbiqi, həmçinin Əfqanıstanda ABŞ hərbçilərinə hücuma görə pul ödənilməsi ilə bağlı hesabat hazırlamağı tapşırıb”, – deyə C.Psaki qeyd edib.