ABŞ mediası Bayden administrasiyasının Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş üçün Kiyevə yüksək vəzifəli məmuru göndərməyi planladığını yazır. Səfər edə biləcək şəxslər arasında ABŞ prezidenti, vitse-prezident Kamala Harris, dövlət katibi Entoni Blinken və ya müdafiə naziri Lloyd Ostinin ola biləcəyi güman edilir.
Editor.az ABŞ mətbuatına istinadən xəbər verir ki, yayılan xəbərlərin əksinə Ağ Ev prezident Baydenin Kiyevə səfərinin planlaşdırılmadığını bəyan edib.
Qeyd edək ki, ABŞ prezidenti dünən jurnalistlərdən birinin “Kiyevə getməyə hazırsınızmı?” sualına “Bəli” cavabını vermişdi.
//Gülnarə Abasova, Editor.az

