Bayden Meksika divarının maliyyələşdirilməsini dayandırdıbackend

Bayden Meksika divarının maliyyələşdirilməsini dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Co Bayden Donald Trampın dönəmində Meksika ilə sərhəddə inşa edilən divarın maliyyələşdirilməsinə ayrılmış maliyyə vəsaitinin dayandırılması ilə bağlı əmr imzalayıb.

Editor.az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ liderinin Konqresə göndərdiyi sənəddə öz əksini tapıb.

Bayden sözügedən divarla bağlı maliyyənin xərclənməsinin “yersiz” olduğunu vurğulayıb.

Bununla bağlı, eyni zamanda Trampın 2019-cu ildə cənub sərhədində elan etdiyi fövqəladə vəziyyət də ləğv edilib.