ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya qarşı müharibəsini müzakirə etmək üçün Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Editor.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü bildirib.
Bu gün Baydenin Rusiyanın Ukraynaya açıq hücumunun qarşısını almaq üçün hazırlanan bir sıra sanksiyaları açıqlayacağı gözlənilir.
Baydenin saat 12-də xalqa müraciət edəcəyi açıqlanıb.
Eyni zamanda, Avropa İttifaqı liderləri Rusiyaya qarşı “cəhənnəm sanksiyaları”nı təsdiqləmək üçün fövqəladə sammitə toplaşacaqlar.
//Editor.az

