ABŞ Prezidenti Co Bayden müsəlmanları Ramazan ayı münasibəti ilə təbrik edib. Editor.az Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Bayden həm ABŞ-da, həm də dünyanın müxtəlif yerlərində yaşayan müsəlmanlar üçün bayram təbriki ilə bağlı bəyanat verib.
“Həyat yoldaşım Jill və mən həm ABŞ-da, həm də dünyada bütün müsəlmanların bayram münasibətilə təbrik edirik. Dünyanın müxtəlif yerlərində yaşayan qaçqınlar üçün dualar edirik. Qurani-Kərim insanları ədaləti müdafiə etməyə çağırır. Vicdan azadlığı təkcə ABŞ-da deyil, dünyanın bütün ölkələrindəki insanların prinsipial hüquq azadlıqlarından biridir”,- deyə Coy Baydenin təbrik mətnində qeyd olunub.
//Nəzərbəy, Editor.az

