Bayden: “NATO heç vaxt bu qədər güclü olmayıb, Putin artıq müharibəni uduzub”backend

Bayden: “NATO heç vaxt bu qədər güclü olmayıb, Putin artıq müharibəni uduzub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ-ın NATO-ya bağlılığına tam zəmanət verirəm. NATO heç vaxt bu qədər güclü olmayıb”.

Editor.az xəbər verir ki, bu barədə Finlandiya prezidenti Sauli Niinistö ilə görüşən ABŞ prezidenti Co Bayden deyib.
Ukrayna haqqında danışan Bayden bildirib ki, Rusiya prezidenti Putin “artıq müharibəni uduzub”.

Qeyd edək ki, Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Liderlər Zirvə toplantısından sonra Bayden ABŞ-Skandinaviya Liderlər Zirvə toplantısında iştirak etmək üçün Finlandiyanın paytaxtı Helsinkiyə gedib.

//Gülnarə Abasova, Editor.az