Bayden NATO ölkələrinin antiRusiya koalisiyasının qorunduğunu açıqlayıbbackend

Bayden NATO ölkələrinin antiRusiya koalisiyasının qorunduğunu açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden ABŞ və NATO-nun Ukraynanı dəstəkləmək və Rusiyaya qarşı çıxmaq üçün ölkələrin koalisiyasını saxlayacağına əminliyini ifadə edib.

Editor.az TASS-a istinadən xəbər verir ki, o, bunu seçki yarışından çıxmaq qərarı ilə bağlı televiziyada çıxışında bildirib.

“Biz NATO-nu gücləndirməyə və ittifaqı tariximizdə heç vaxt olmadığı qədər güclü və vahid hala gətirməyə davam edəcəyik”,- deyə Bayden bildirib. O, həmçinin bildirib ki, ABŞ Rusiyanın Ukrayna münaqişəsində qalib gəlməsinin qarşısını almaq üçün “qürurlu ölkələrin koalisiyasının birliyini təmin etməyə” davam edəcək.

Qeyd edək ki, çıxış Ağ Evin Oval Ofisindən yayımlanıb. Bayden amerikalılara ABŞ-ın yeni prezidentinin seçilməsi kampaniyasından çıxmasının səbəblərini və mümkün nəticələrini izah edib.

//Gülnarə Abasova, Editor.az