Bayden Polşa sərhədində ABŞ qoşunlarını artırmağa ehtiyac görmürbackend

Bayden Polşa sərhədində ABŞ qoşunlarını artırmağa ehtiyac görmür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Polşa sərhədində əlavə ABŞ əsgərlərinə ehtiyac olmadığını deyib.

Editor.az bu barədə Ağ Evin mətbuat xidmətinin məlumatına istinadən yazır. Bayden Ağ Evə qayıtmazdan əvvəl Vaşinqton xaricindəki Endryus Ordu Bazasında jurnalistlərə deyib ki, Polşa sərhədində daha çox ABŞ əsgərinə ehtiyac yoxdur.

Qeyd edək ki, martın 11-də Polşanın öz ərazisindəki Amerika qoşunlarının sayını artırmaq üçün ABŞ-dan sorğu almağı planlaşdırdığı barədə məlumat yayılmışdı. NATO ölkələrinin müdafiə xərclərinin ÜDM-in 3 faizinə çatdırılmasını tələb edən Polşa prezidenti Anjey Duda bu təklifin əslində Rusiyaya yönəldiyini bildirib.

//Gülnarə Abasova, Editor.az