Bayden Putini “qəssab” adlandırdıbackend

Bayden Putini “qəssab” adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Varşava Milli Stadionunda Ukraynadan olan qaçqınlar və könüllülərlə görüşüb. Bu barədə Editor.az “Avropa həqiqətləri”nə istinadən məlumat verir.

ABŞ prezidentini səfərdə Polşanın baş naziri Mateuş Moravetski və Varşava meri Rafal Trzaskovski müşayiət edib. Ukraynadan olan qaçqınlara yardım edən, xüsusən də Meditsadakı sərhəd keçidində səyyar mətbəx xidməti göstərən “World Central Kitchen” xeyriyyə təşkilatının üzvləri də orada olub.

Qaçqınlarla görüşəndən sonra Bayden jurnalistlərə deyib ki, “Bu uşaqların hər biri yalnız bir şey söylədi: “Atam, qardaşım, babam üçün dua edin, çünki orada döyüşürlər”. Amerika prezidenti görüşdüyü ukraynalılar haqqında “onlar əla insanlardır” – dedi. Jurnalistlər ABŞ prezidentindən Rusiya prezidenti haqqında nə düşündüyünü soruşduqda isə o, “O, qəssabdır” deyib.

Editor.az