Bayden Putini “soyqırım” törətməkdə ittiham edibbackend

Bayden Putini “soyqırım” törətməkdə ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putini Ukraynada “soyqırım” törətməkdə ittiham edib.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, Ayova ştatında Bayden ABŞ-da yanacaq qiymətlərinin sürətlə artması ilə əlaqədar administrasiyasının gördüyü tədbirlərdən danışarkən Rusiya prezidenti Vladimir Putini kəskin tənqid edib.

“Amerikalıların benzin üçün ödəcəyi məbləğ bir diktatorun dünyanın hansısa küncündə müharibə elan edib soyqırım törətməsindən” asılı olmamalıdır”,- Bayden deyib.

ABŞ Prezidenti daha sonra jurnalistlərə açıqlamasında bildirib ki, Ukraynadakı hadisələrin soyqırım olması ilə bağlı faktlar getdikcə artır.

//Gülnarə Abasova, Editor.az