Bayden Putinlə görüş şərtini açıqladıbackend

Bayden Putinlə görüş şərtini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden onun prezidentliyi dövründə ABŞ-a ilk dövlət səfəri edən Fransa prezidenti Emmanuel Makronla görüşdən sonra birgə mətbuat konfransı keçirib.

Editor.az xəbər verir ki, hər iki lider çıxışlarında görüşün əsas gündəm maddələrindən birinin Rusiya-Ukrayna müharibəsi olduğunu və Ukraynaya yardımları davam etdirəcəklərini bildiriblər.

Bayden müharibənin bitməsinin yeganə rasional yolunun Putinin qoşunlarını Ukraynadan çəkməsi olduğunu deyib: “Putin bu yolu seçməməklə ağır bədəl ödəyir. Eyni zamanda Ukraynada böyük dağıntılar törədir”.

Bayden hazırda Putinlə əlaqə saxlamaq fikrində olmadığını deyib: “Putin müharibəni sona çatdırmaq üçün qərar qəbul etmək istəsə, onunla danışmağa hazıram. Lakin o, hələ belə bir yolda deyil. Belə bir şey olarsa Fransa və digər NATO ölkələri dostlarımla birlikdə Putinlə oturub ağlından nə keçdiyini öyrənə bilərik”.

//Samir Qurbanov, Editor.az