Bayden səhnədə “gözəgörünməz”lə sağollaşmaq istədi – VİDEObackend

Bayden səhnədə “gözəgörünməz”lə sağollaşmaq istədi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Co Bayden Nyu-Yorkda keçirilən Qlobal Fondun yeddinci konfransında çıxış edib.

Konfrans fondun ehtiyatlarının artırılması məsələlərini əhatə edib.

Çıxışı bitdikdən sonra səhnədən enmək istəyən ABŞ lideri qısamüddətli çaşqınlıq yaşayıb. O, əllərini havaya qaldırıb və səhnədə sanki kimsə varmış kimi sağollaşmaq istəyib.

Daha sonra digər tərəfə dönüb və çaşqınlıqla baxmağa başlayıb.

“Çox sağ olun, cənab prezident!” –  deyə aparıcı Baydenə müraciət edib. Bundan sonra ABŞ prezidenti nəhayət səhnədən enib.

Baydenin bu davranışı izləyicilərdə onun vəziyyəti ilə bağlı narahatlıq yaradıb.