Bayden Trampla ilk hesablaşmada çökdü – “The Wall Street Journal”backend

Bayden Trampla ilk hesablaşmada çökdü – “The Wall Street Journal”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da 2024-cü il seçkiləri payız ayına təyin edilən seçkilər öncəsi ölkə prezidenti postuna namizədlər – demokrat və hazırkı Amerika lideri Co Bayden, eləcə də respublikaçı, keçmiş prezident Donald Tramp arasında ilk teledebatlar keçirilib.

Editor.az “The Wall Street Journal” istinadən xəbər verir ki, “Bayden Trampla ilk hesablaşmada çöküb”. Nəşr qeyd edib ki, prezident bəzən kəkələyir və boğuq səslə mübarizə aparır. Dövlət başçısının səhhətinin vəziyyəti ilə tanış olan şəxsin sözlərinə görə, o, soyuqdəymədən əziyyət çəkir.

Miciqan Universitetinin debat direktoru Aaron Cull, “Bayden tarixdə prezidentlik debatının ən pis ilk 15 dəqiqəsinə dözdü” deyib. Jurnalistlər, Baydenin televiziya tamaşaçıları qarşısında çıxışı zamanı daha yaşlı göründüyünü vurğulayıblar. Tramp rəqibindən fərqli olaraq enerjili görünüb. Respublikaçı, immiqrasiya ilə bağlı suala çaşdırıcı cavab da daxil olmaqla, Baydenin kəkələməsini vurğulamağa çalışıb: “Həqiqətən mən onun bu cümlənin sonunda nə dediyini bilmədim… Düşünmürəm ki, o da nə dediyini bilmədi”, – Respublikaçı demokratı bildirib.

//Samir Qurbanov, Editor.az