Bayden Ukraynaya dəstək barədə: “Biz geri çəkilə bilmərik, çəkilməyəcəyik”backend

Bayden Ukraynaya dəstək barədə: “Biz geri çəkilə bilmərik, çəkilməyəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Co Bayden Vest-Poyntda Hərbi Akademiya məzunları qarşısında çıxış edib.

O qeyd edib ki, Vaşinqton Kiyevi silahla təmin etməkdə və Ukrayna hərbçilərinə təlim keçməkdə davam edir.

“Ukraynada heç bir ABŞ əsgəri yoxdur və olmayacaq. Ancaq biz Ukraynanın yanındayıq və onu dəstəkləməyə davam edəcəyik. Biz geri çəkilə bilmərik, çəkilməyəcəyik”, – ABŞ lideri bəyan edib.

O vurğulayıb ki, Putin NATO-nun parçalanacağına əmin idi.

Bayden qeyd edib ki, “bu gün dünya tarixindəki ən böyük müdafiə ittifaqı həmişəkindən daha güclüdür”.

Oxu.az