Bayden Ukraynaya onlarla hava hücumundan müdafiə sistemi vəd edibbackend

Bayden Ukraynaya onlarla hava hücumundan müdafiə sistemi vəd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden ölkəsinin və müttəfiqlərinin yaxın aylarda Ukraynaya beş strateji və onlarla taktiki hava hücumundan müdafiə sistemi təqdim edəcəyini bəyan edib.

Editor.az xəbər verir ki, Bayden bunu NATO Sammitinin rəsmi açılış mərasimində deyib.

“ABŞ, Almaniya, Hollandiya, Rumıniya və İtaliya Ukraynaya əlavə beş strateji hava hücumundan müdafiə sistemi verəcək. Yaxın aylarda ABŞ və tərəfdaşlarımız Ukraynaya onlarla əlavə taktiki hava hücumundan müdafiə sistemləri verəcəklər”,- o bildirib.

Hava hücumundan müdafiədə Ukraynaya üstünlük verməyi planlaşdırdıqlarını bildirən ABŞ lideri Kiyevə hava hücumundan müdafiə sistemlərini digər müttəfiqlərdən daha tez verəcəklərini qeyd edib. Bayden əlavə edib ki, Kiyev 2025-ci ildə yüzlərlə hava hücumundan müdafiə raketi alacaq. Vaşinqton və tərəfdaşların verdiyi birgə bəyanatda Ukraynaya NASAMS, HAWK, IRIS T-SLM, IRIS T-SLS və Gepard taktiki sistemləri, həmçinin ABŞ istehsalı Patriot və İtaliya istehsalı SAMP-T strateji sistemləri veriləcək.

Birləşmiş Ştatlar və müttəfiqləri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün bir milyard dollardan çox pul vəd edib. NATO və Kiyev alyansa uyğun inteqrasiya edilmiş hava və raketdən müdafiə arxitekturasının yaradılması üzərində işə başlayıb.

Rusiya isə 2022-ci ildə Ukraynaya silah tədarükü ilə bağlı NATO ölkələrinə nota göndərib. Digər tərəfdən Rusiya xarici işlər naziri Sergey Lavrov Kiyev rejimi üçün silah daşıyan bütün yüklərin Rusiya ordusu üçün qanuni hədəf olduğunu açıqlayıb. Lavrov həmçinin ABŞ və NATO-nun Ukrayna əsgərlərinə silah tədarükü və təlim keçməsi ilə münaqişədə birbaşa iştirak etdiyini vurğulayıb.

//Gülnarə Abasova, Editor.az