Bayden xalqa müraciət etdi: “Mən ikinci müddətə layiq idim”backend

Bayden xalqa müraciət etdi: “Mən ikinci müddətə layiq idim”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden prezidentlik yarışından çəkilmək qərarından sonra ilk dəfə xalqa müraciət edib.

Editor.az xəbər verir ki, ikinci müddətə layiq olduğunu iddia edən Bayden Amerika demokratiyasının yaxşılığı üçün şəxsi ambisiyalarından əl çəkdiyini bildirib.

Son həftələrdə partiyasını bu kritik anda birləşdirməyə ehtiyac duyduğunu anladığını ifadə edən Bayden prezidentliyi dövründəki performansının, dünyadakı liderliyinin və Amerikanın gələcəyinə baxışının ikinci müddətə layiq olduğunu qeyd edərək sözlərini davam etdirdi: ” Ancaq heç bir şey, o cümlədən şəxsi ambisiyalarımız demokratiyamızı xilas etməyə mane ola bilməz. Ona görə də mən qərara gəldim ki, irəliləmək üçün ən yaxşı iş məşəli gələcək nəslə ötürməkdir. Kamala Harrisə səs verin. O, təcrübəli, sərt və istedadlıdır. O, mənim üçün inanılmaz tərəfdaş və ölkəmiz üçün inanılmaz lider olub. İndi seçim Amerika xalqınındır”,- deyə o əlavə edib.

Prezidentlik müddətinin qalan 6 ayında ABŞ iqtisadiyyatına və vətəndaşların hüquqlarının qorunmasına diqqət ayıracağını bildirən prezident Qəzza zolağındakı vəziyyətə təsir etmək üçün fəaliyyətini davam etdirəcəyini bəyan edib. Bayden həmçinin qeyd edib ki, o, Ukrayna və NATO-nu gücləndirmək üçün dəstəyini davam etdirəcək.

//Gülnarə Abasova, Editor.az