ABŞ prezidenti Co Bayden mayın 20-24-də Yaponiya və Cənubi Koreyaya səfər edəcək.
Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu barədə açıqlamanı Ağ Evin sözçüsü Cen Psaki verib.
Açıqlamada bildirilir ki, səfərin məqsədi Bayden administrasiyasının “açıq və azad Hind-Sakit Okean”a sadiqliyinin nümayişidir.
“Bu səfər və mayın 12-13-də Vaşinqtonda ABŞ-ASEAN Xüsusi Sammitinin keçirilməsi uğurlu diplomatiyamızın göstəricisidir. Bayden həm Cənubi Koreyada, həm də Yaponiyada həmkarları ilə görüşəcək. Səfər zamanı ölkələr arasında əlaqələrin inkişaf etdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, əməkdaşlığın artırılması kimi məsələlər müzakirə olunacaq. Baydenin Tokio səfəri çərçivəsində Avstraliya, Yaponiya, Hindistan və ABŞ-dan ibarət “Quad” kimi tanınan qrupun iclasına sa qatılacağı gözlənilir” , -deyə Psaki bildirib.
//Nəzərbəy, Editor.az

