ABŞ prezidenti Co Bayden Rusiyaya qarşı mübarizədə Ukraynaya dəstəyi koordinasiya etmək üçün tərəfdaş ölkələrin liderləri ilə telefonla danışıb.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Ağ Evdən verilən yazılı açıqlamada qeyd edilib.
Belə ki, Co Bayden Ukraynaya edilən yardımlarla əlaqədar Kanada Baş naziri Castin Trüdo, AB Komissiyasının sədri Ursula von der Leyen, AB Şurasının sədri Şarl Mişel, Almaniya Baş naziri Olaf Şolz, İtaliya Baş naziri Giorgia Meloni, Yaponiya Baş naziri Kişida Fumio, NATO-nun baş katibi Yens Stoltenberq, olşa prezidenti Anjey Duda, Rumıniya prezidenti Klaus İohannis, İngiltərə baş naziri Rişi Sunak və Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə görüşüb.
Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qoruduğu müddətcə onu dəstəkləmək öhdəliyini təkrarlayan Bayden və liderlər Kiyevin ehtiyac duyduğu silah və sursatla təmin etmək, hava hücumundan müdafiəsini gücləndirmək, infrastrukturunu, xüsusilə enerji infrastrukturunu təmir və gücləndirmək səylərini müzakirə ediblər.
Liderlər Ukraynanın iqtisadi dirçəlişi üzərində işləməkdən əlavə müharibənin yaratdığı enerji, iqtisadiyyat və ərzaq təhlükəsizliyi kimi problemlərin həlli yollarını tapmaq üçün dünya ictimaiyyəti ilə işləməyi də müzakirəyə çıxarıblar.
//Safura Bənnayeva, Editor.az