Baydendən koronavirusla bağlı açıqlama: “Vəziyyət daha da pisləşəcək”backend

Baydendən koronavirusla bağlı açıqlama: “Vəziyyət daha da pisləşəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da “delta” ştamının yayılmasının səbəb olduğu yeni koronavirus dalğası şəraitində vəziyyət normala dönməzdən əvvəl pisləşəcək.

Editor.az xəbər verir ki, belə qiymətləndirmə ilə Birləşmiş Ştatların rəhbəri Cozef Bayden Ağ Evdə çıxış edib.

O, qeyd edib ki, “delta” ştammı çox asanlıqla yayılır və yeni infeksiya dalğasına səbəb olur.

“Bu variant (“delta” ştammı-red) əvvəllər bəhs etdiyimizdən çox fərqlidir. Çox asanlıqla yayılır və yeni infeksiya dalğasına səbəb olur. Hazırda ABŞ-da bütün COVID-19-a yoluxmaların 80%-dən çoxunu təşkil edir”, – deyə Amerika lideri bildirib.

“Mütəxəssislər bizə yoluxma hallarının qarşıdakı həftələrdə artacağını söyləyirlər. Bu faciənin ümumiyyətlə qarşısı alına bilərdi və vəziyyət yaxşılaşmazdan əvvəl daha da pisləşəcək”, – Ağ Ev rəhbəri vurğulayıb.

Bayden mövcud dalğanın əvvəlki dalğalardan fərqli olduğunu, bu dəfə yoluxma hallarının sayının artımının qarşısını almaq üçün vasitələrin olduğunun deyib. ABŞ prezidenti qeyd edib ki, söhbət peyvənddən gedir. “Hər şey çox sadədir – peyvəndlər. Ölkədə baş verənləri çox dəqiq izah etmək istəyirəm: bu gün peyvənd olunmamış bir pandemiya ilə mübarizə aparırıq”, – Bayden qeyd edib.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxma və ölüm hallarının sayına görə dünyada birincidir.

 

Report