Baydendən Putinə xəbərdarlıq: “Bu, onun ən böyük səhvi olar”backend

Baydendən Putinə xəbərdarlıq: “Bu, onun ən böyük səhvi olar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda Rusiyanın Ukraynaya qarşı bu silahdan istifadə edib-etməyəcəyi ilə bağlı dəqiq fikir söyləyə bilmərəm. Amma nüvə silahından istifadə olunarsa, bu Rusiyanın ən böyük səhvi olar”.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu fikirləri ABŞ prezidenti Co Bayden jurnalistlərə açıqlamasında deyib.
Onu da qeyd edək ki, bir müddət əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynanın “çirkli bomba” istifadə etməyə hazırlaşdığını iddia edib və Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu ölkədə radioaktiv bomba istehsal edən texnologiyaya malik qurğuların olduğunu bildirib.

Şoyqu Türkiyə, ABŞ, Fransa və britaniyalı həmkarları ilə görüşlərdə də çirkli bomba iddialarını dilə gətirib.

Bir tərəfdən qərb ölkələri, xüsusən də Ukrayna Rusiyanın iddialarını birmənalı şəkildə rədd edərkən, digər tərəfdən Kiyev administrasiyası Beynəlxalq Atom Enerjisi Agentliyini (MAQATE) öz ölkəsindəki obyektləri yoxlamağa çağırıb.

//Safura Bənnayeva, Editor.az