Baydenin alacağı məvacib məlum oldubackend

Baydenin alacağı məvacib məlum oldu  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ mətbuatı ölkənin 46-cı prezidenti seçilən Co Baydenin maaşını hesablayıb.

Editor.az Yenisabah.az-a istinadən xəbər verir ki, hesablamalara görə, Bayden aylıq 33 333 dollar qazanacaq və buna əlavə gəlirlər daxil deyil.

Qanunla müəyyən edilmiş qaydalara əsasən, ABŞ-da Prezident il ərzində 400 min dollar qazanır. Bununla yanaşı hər il 50 min dollar xərcləmə müavinəti alır. Əgər bu pulu xərcləyib qurtarmasa, qanunla uyğun olaraq xəzinəyə geri qaytarır.

Bildirək ki, Prezidentin 100 min dollar illik vergi təyin edilməyən səyahət büdcəsi var və digər əlavə xərclər üçün hər il 19 min dollar alacaq. Həmçinin əgər istəsə, Ağ Evi yenidən dizayn etmək üçün 100 min dollarlıq büdcəsi də var. Bildirək ki, ABŞ-ın 44-cü Prezidenti Barak Obama bu puldan istifadə etməmişdi.

Qeyd edək ki, ABŞ-da Corc Vaşinqtonun 1789-cu ildə ilk dəfə prezident olduqdan sonra sadəcə 5 dəfə əməkhaqqı artıb. Sonuncu dəfə prezidentlərin maaşı 2001-ci ildə iki dəfə artaraq 400 min dollara qalxıb.

“Business Insider”ın yazdığına görə, səlahiyyət müddəti bitdikdən sonra prezidentlər illik təxminən 200 min dollar təqaüd, səhiyyə xidməti , ödənişli rəsmi səyahət və ofis xidməti ala bilirlər.

Xatırladaq ki, ABŞ-ın 45-ci prezidenti Donald Tramp illik 400 min dollar olan maaşından imtina etmişdi.