ABŞ prezidenti Co Baydenə ictimai dəstəyin azalmağa davam etdiyi və bunun əsas səbəbinin ölkədə son 41 ilin pik həddinə çatan inflyasiya olduğu bildirilib.
Editor.az “Reuters” və “IPSOS” un yeni sorğusuna əsasən xəbər verir ki, ABŞ prezidenti Co Baydenə ictimai dəstək 41 faizə düşüb.
Respondentlərin əksəriyyəti Baydenin ölkədəki iqtisadi problemlərin həllinə üstünlük verməli olduğunu bildirib. Respondentlərin 53 faizinin Baydeni dəstəkləmədiyi vurğulanan sorğuda yalnız 25 faiz ölkədə vəziyyətin yaxşı olduğuna inandığını bildirib.
//Gülnarə Abasova, Editor.az

