Baydenin müşaviri dünyanın ən yüksək IQ-ya sahibdirbackend

Baydenin müşaviri dünyanın ən yüksək IQ-ya sahibdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Baydenin elm və texnologiya üzrə müşaviri Terens Tao dünyada ən yüksək IQ-ya sahibdir. Onun IQ-su 225 ilə 230 arasındadır.

Editor.az bu barədə BBC Science Focus jurnalına istinadla yazır. “Riyaziyyatın Motsartı” ləqəbli Tao Los-Ancelesdəki Kaliforniya Universitetinin ən gənc professorudur. O, doqquz yaşında universitet səviyyəsində elm öyrənməyə başlayıb və 16 yaşında artıq doktorluq dissertasiyası üzərində işləyib. Riyaziyyatçının 300-dən çox elmi məqaləsi və 17 kitabı nəşr olunub.

Oktyabr ayında Alkoqol və Alkoqolizm jurnalı məktəbdə yüksək IQ-ya sahib olanların böyüklər kimi alkoqolik olma ehtimalının daha çox olduğunu bildirib. Bu nəticəyə Texas Universitetinin Cənub-Qərb Tibb Mərkəzinin alimləri gəlib. Tədqiqatçılar müəyyən ediblər ki, IQ-da hər bir ballıq artım üçün orta və ya ağır spirtli içki qəbulu barədə məlumat vermə ehtimalı 1,6% artıb.

//Gülnarə Abasova, Editor.az