1949-cu ildən birtərəfli qaydada Çindən ayrı idarə olunan, Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü olmayan və yalnız 15 suveren dövlət tərəfindən rəsmi olaraq tanınan Tayvana Avropa Parlamentinin (AP) nümayəndə heyətinin qəbulundan sonra prezident Co Baydenin səfəri Pekin tərəfindən pislənib.
Editor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş sədri Mayk Mullen keçmiş yüksək səviyyəli təhlükəsizlik-müdafiə rəsmilərindən ibarət nümayəndə heyətinə başçılıq edib və ABŞ-ın daim silah satdığı Tayvana gedib. Nümayəndə heyətinin Tayvan prezidenti Tsai İnq-ven tərəfindən qəbulu televiziya ilə canlı yayımlanan zaman Mullen bildirib ki, ABŞ və Tayvan arasında əməkdaşlıq əvvəlkindən daha güclü və hərtərəflidir. “Birləşmiş Ştatlar status-kvonun istənilən birtərəfli dəyişikliyinə qarşı çıxmağa davam edəcək və Tayvan xalqının istək və maraqlarına uyğun olaraq boğazlardan keçid problemlərinin sülh yolu ilə həllini dəstəkləyəcək”, – deyə keçmiş baş qərargah rəisi bildirib.
Tsai həmçinin bölgədə artan Çin təhlükəsinə qarşı çıxmaq üçün ABŞ və regional müttəfiqləri ilə daha sıx işləməkdən danışıb. Çinin strateji tərəfdaşı Rusiyanın Ukrayna əməliyyatına görə Qərbin total sanksiyaları ilə üzləşdiyi bir vaxta gələn səfərə münasibət bildirən Çin Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ-ın Tayvana dəstək göstərmə cəhdi kimin göndərməsindən asılıolmayaraq boşunadır.
Xarici İşlər sözçüsü Vanq Venbin, “Çin xalqı öz milli suverenliyini və ərazi bütövlüyünü müdafiə etməkdə qərarlıdır” deyib. Dövlətə bağlı media orqanlarından olan “Global Times” bu səfəri “açıq-aşkar təxribat” kimi qiymətləndirərək “Sakit olaq və aldanmayaq, Çinin tələyə düşəcəyini gözləyirlər”-deyib. Pekin Tayvanı “vahid Çin” siyasətinin bir hissəsi “Çin ərazisinin ayrılmaz hissəsi” hesab edir. ABŞ-dan silah alan və ABŞ xüsusi təyinatlılarına ev sahibliyi edən Tayvanı isə hava hücumundan müdafiə diaqnostik zonasını (ADIZ) pozmaqda ittiham edərək “Pekinin təhdidi” altında olduğu mesajını verir.
//Gülnarə Abasova, Editor.az

