Baydenin xarici siyasətlə bağlı çıxışı fevralın 4-ü baş tutacaqbackend

Baydenin xarici siyasətlə bağlı çıxışı fevralın 4-ü baş tutacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Cozef Baydenin xarici siyasətlə bağlı çıxışı fevralın 4-ü baş tutacaq.

Editor.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlər üçün brifinq zamanı Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

C.Psaki bildirib: “Prezidentin cümə axşamı Dövlət Departamentini ziyarət edəcəyini təsdiqləyə bilərik. Bu, əvvəlcə cari həftənin əvvəlinə təyin edilmişdi, lakin güclü qar səbəbindən tədbirin vaxtını dəyişmək məcburiyyətində qaldıq”.

Onun sözlərinə görə, C.Bayden ABŞ-ın dünyadakı rolunun bərpa edilməsi barədə çıxış edəcək.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Baydenin xarici siyasətlə bağlı çıxışı fevralın 1-i baş tutmalı idi.