Polşa prezidenti Anjey Dudanın təyyarəsi havaya qalxdıqdan az sonra Varşavaya – hava limanına qayıtmaq məcburiyyətində qalıb və təcili eniş edib.
Bu barədə Editor.az Polşa mətbuatına istinadən məlumat verir.
Məlumata görə, yaranmış vəziyyətlə əlaqədar Duda ehtiyat təyyarədən istifadə edəcək və Polşa və ABŞ prezidentlərinin Rzeşovda keçiriləcək görüşünün proqramı gecikməyə uyğunlaşdırılacaq.
Təcili enişin digər təfərrüatları hələlik açıqlanmayıb.
Polşa mətbuatının məlumatına görə, Co Baydenin təyyarəsi artıq Rzeşov hava limanına enib. Bu, Baydenin ABŞ prezidenti kimi Polşaya ilk səfəridir və səfər iki gün davam edəcək.
Editor.az

