“Bayer Münhen”lə 5 illik müqaviləyə imza atdıbackend

“Bayer Münhen”lə 5 illik müqaviləyə imza atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya nəhəngi “Bayer Münhen” Hollandiyanın “Ayax” klubunun mərkəz hücumçusu Rayan Qravenberxlə 5 illik müqavilə imzaladı. Editor.az “sporx”a istinadən xəbər verir ki, bu barədə klubdan açıqlama verilib. Klubun rəsmi saytında yayılan açıqlamada futbolçuya nə qədər ödəniləcəyi barədə məlumat verilməyib.

Transferlə bağlı Ryan Qravenberx klubun rəsmi saytına açıqlama verib.

“”Bayer Münhen” kimi bir klubdan təklif gəldiyi zaman iki dəfə düşünə bilməzsən. “Bayer Münhen” dünyanın ən böyük klublarından biridir. Dünyada bütün futbolçular belə böyük bir klubda futbol oynamaq istəyərlər. “Bayer Münhen” çempionluqlara vərdiş etmiş klubudur. Mən də bura çempion olmaq üçün gəlmişəm. Bu klubda UEFA Çempionlar Liqasını qazanmaqda daxil olmaqla bütün çempionluqları yaşamaq mümkündür. Bura adaptasiya olmaq çox çətindir, ancaq bu mənim çox xoşuma gəlir” -o, deyə Qravenberx bildirib.

Qeyd edək ki, Almaniya təmsilçisi Rayan Qravenberxin transferinin baş tutması üçün Hollandiya təmsilçisinə 25 milyon avro ödəyib.

//Nəzərbəy, Editor.az