“Bayer Münhen” Manenin transferini sona çatdırırbackend

“Bayer Münhen” Manenin transferini sona çatdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın “Bayer Münhen” klubu İngiltərənin “Liverpul” klubunda çıxış edən Sadio Manenin transfer məsələsini sona çatdırmaq üzrədir. İlk iki təklifdən rədd cavabı alan Almaniya təmsilçisi üçüncü təklifi irəli sürməyə hazırlaşır. Editor.az “Bild” qəzetinə istinadən xəbər verir ki, Almaniya təmsilçisi İngiltərə təmsilçisinə 35 milyon avro təklif edəcək, 5 milyon da bonus olaraq təqdim olunacaq. İngiltərə təmsilçisi isə ilk təklifi 50 milyon olsa da sonradan transferin baş tutması üçün 35 milyona razıdır.

Qeyd edək ki, arxada qoyduğumuz mövsümdə “Liverpul”un heyətində 50 oyuna çıxan Sadio Mane 23 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

//Nəzərbəy Hacıağayev, Editor.az