‘Bayqaralar’ şəbəkəsinə qarşı əməliyyat: 9 şübhəli tutulub*backend

‘Bayqaralar’ şəbəkəsinə qarşı əməliyyat: 9 şübhəli tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda “Bayqaralar” kimi tanınan narkotik şəbəkəsinə qarşı əməliyyat keçirilib.

Əməliyyat zamanı şübhəli şəxslərə məxsus iş yerində narkotik vasitə aşkar edilib. Nəzarətə alınan 9 nəfərdən 7-si həbs olunub.

İstanbul Polisi Narkotik Cinayətlərlə Mübarizə Şöbə Müdirliyi qrupları “Bayğaralar” kimi tanınan narkotik şəbəkəsinin üzvlərinin müəyyən edilərək tutulması üçün əməliyyata başlayıb.
Esenyurt başda olmaq üzrə İstanbulun bir çox rayonunda iyulun 5-ində “Narkotik vasitələrin qanunsuz dövriyyəsi”, “Qəsdən adam öldürmə” və “qəsdən xəsarət yetirmə” kimi cinayətlərdə iştirakları müəyyən edilən cinayətkar təşkilata məxsus 9 ev və 2 iş yerində əməliyyat tədbiri keçirilib. Əməliyyat zamanı 9 nəfər yaxalanıb.

Editor.az xəbər verir ki, şübhəlilərə məxsus ünvanlarda aparılan axtarışlar zamanı 3 kilo 614 qram heroin, 1 kilo 32 qram kokain, 8 ədəd tərəzi, 2 ədəd sənədsiz tapança, avtomat tapança, 6 ədəd patron, 4 ədəd ballistik jilet, çoxlu sayda şəffaf kilidli torbalar və narkotik maddələrin istehsalında istifadə edilən çoxlu sayda material aşkar ediliərək ələ keçirilib. Nəzarətə alınan 9 nəfər ədliyyəyə sövq edildi.
Şübhəlilərdən 2-si şərti olaraq sərbəst buraxılıb, 7-si isə həbs edilib.

//Samir Qurbanov, Editor.az