Bayrağımız işğal olunmuş torpaqlarımızda artıq qürurla dalğalanırbackend

Bayrağımız işğal olunmuş torpaqlarımızda artıq qürurla dalğalanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci il 27 sentyabr. Böyük vətən  müharibəmizin başlandığı bir gün. Ali Baş Komandanın bir sözü ilə yumruq kimi birləşən Azərbaycan xalqı 30 ilə yaxın işğal altında olan torpaqlarımızı hərb yolu ilə almağa qalxdı. Tariximizə qızıl hərglərlə yazılacaq gün bax belə başladı. Güclü siyasətci olan ölkə rəhbərimiz öz peşəkarlığı ilə seçilən Ordumuz və vətənini öz canından artıq sevən əsgərlərimiz igidlik, qəhrəmanlıq gösdərən tarjx yazdılar. Düşmənin belini qıran, onu darmadağın edən  Müzəffər Ordumuz torpaqlarımızın alınması uğrunda böyük əzmkarlıq, dözüm nümayiş etdirdilər. Həm düşmənin həmlələrin dəf edən, həm də yaralı yoldaşlarını çiynində daşıyan igid əsgərlərimiz bir amal uğrunda vuruşdular. Ya Qarabağ ya da ölüm. Azərbaycan Ordusunun xüsusi təyinatlılari 14 saatliq kəşfiyyatdan sonra 400 nəfərlə Şuşa şəhərini düşməndən təmizləməyə qalxdi.Artilleriyasiz bicaq,tapanca,limonka ilə sildirim qayalara dirmaşaraq şəhərin azad edilməsi ücün dastanlar layiq  qəhrəmanlıq gösdərən igidlırimiz düşməni məhv etdilər. Azərbaycan bayraģini Şuşada dalğalandirdilar.
44 gün ərzində bir gözümüz ağladı, bir gözümüz güldü. Bərdəsi, Gəncəsi bombalanan xalq mühatibənin dayanmasını istəmədi. Çünki, onun güclü lideri, düşməni diz çökdürən Ordusu və qəhrəman balaları var idi.
Mən tələbəyəm.Fəxr edirəm Azərbaycanlı olduğuma. Fəxr edirəm Əlif Hacıyev, Polad Həşimov, İlqar Mirzəyev, Mübariz İbrahimov, Çingiz Mustafayev və s. Kimi oğullar yetişdirən Azərbaycanımla.

Seyfullayeva Səmrah Ramil qızı, LDU-nın tələbəsi.