“Bayrakdar” Avropanı fəth edirbackend

“Bayrakdar” Avropanı fəth edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Slovakiya Türkiyənin Bayraktar TB2 pilotsuz təyyarələrinin alınması ilə bağlı danışıqlar aparır.

Bu barədə Editor.az Slovakiyanın müdafiə naziri Yaroslav Nadın Twitter-də yazdığı məlumata istinadən xəbər verir. Nazirin sözlərinə görə, Slovakiya ordusu üçün pilotsuz təyyarələrin alınması üzrə işlər davam edir. Bu gün Türkiyədən cənab Bayraktarla yaxşı söhbətlərimiz oldu.

Digər pilotsuz təyyarə istehsalçıları ilə də müzakirələr davam edir”, – Nagy Twitter-də yazıb. Döyüş sınaqlarından keçmiş pilotsuz təyyarələr artıq Liviyada, Suriyada və Dağlıq Qarabağ münaqişəsində özünü doğruldub. Türkiyə həmçinin Kiyevə də Rusiyaya qarşı müharibədə istifadə edilən Bayraktar TB2-lərin bir neçə partiyasını satıb. Bundan əvvəl Serbiya Balkanlardakı gərginlik və Rusiyanın Ukraynaya müdaxiləsi fonunda ölkənin müdafiəsini gücləndirmək üçün Bayraktar TB2 döyüş pilotsuz təyyarələrini almaq niyyətini təsdiqləyib.

Editor.az