“Bayraktar Akıncı” səsdən sürətli UAV-122 raketinin mükəmməl daşıyıcısı oldubackend

“Bayraktar Akıncı” səsdən sürətli UAV-122 raketinin mükəmməl daşıyıcısı oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin pilotsuz uçuş aparatı (PUA) “Bayraktar Akıncı”, Roketsan tərəfindən istehsal edilən yeni səsdən sürətli UAV-122 raketinin mükəmməl daşıyıcısı olduğu ortaya çıxıb.

Onun bu tutumda sınaqları Türkiyədə uğurla tamamlandı, Roketsan-ın baş direktoru Murat İkici X sosial şəbəkəsində dərc etdiyi bir yazıda məlumat verib.

“Milli texnologiyalarımızın köməyi ilə çəkdiyimiz yolda irəliləməkdən qürur duyuruq. İHA-122 raketimiz uğurla sınaqdan keçirildi. Bu layihədə əməyi olan hər kəsi təbrik edirik”, – Murat İkinci deyib. Yeni türk döyüş sursatının taktiki və texniki xüsusiyyətləri haqqında çox az şey məlumdur: İHA-122 raketi yüksək dəqiqlikli silahdır, yüksək manevr qabiliyyəti ilə birləşən dəyişkən uçuş trayektoriyasına malikdir.

Onun hansı döyüş başlığı gücünü daşıya biləcəyi göstərilmir – digər xüsusiyyətlər kimi bu məlumat da məxfidir.

//Samir Qurbanov, Editor.az