“Bayraktar Qızıl alma” səkkizinci test uçuşunu uğurla başa vurub-VİDEObackend

“Bayraktar Qızıl alma” səkkizinci test uçuşunu uğurla başa vurub-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin nüfuzlu “Baykar” şirkətinin öz imkanları ilə milli və orijinal olaraq hazırladığı “Bayraktar Qızıl alma” pilotsuz döyüş təyyarəsinin uçuş sınaq mərhələsi davam edir.

Editor.az xəbər verir ki, “Bayraktar Qızıl alma” 8-ci uçuş testini uğurla başa vurub. O, uçuş-enmə zolağında aşağı hündürlükdə 630 km/saat sürətlə sınaq manevrləri həyata keçirib. Bu uğurlu test mərhələsində yüksək sürətli uçuş və manevr sınaqları, eləcə də ardıcıl uçuş – eniş və ötürmə manevrləri həyata keçirilib.

“Bayraktar Qızıl alma” sınaq uçuşunda sürət 630 km/saata çatıb.

Sınaq zamanı eyni sürət aşağı hündürlükdə trek üzərindən keçir.

//Samir Qurbanov, Editor.az