Ukrayna Silahlı Qüvvələri (USQ) son vaxtlar döyüş əməliyyatları zamanı “Bayraktar TB2” pilotsuz təyyarələrindən istifadə etməkdə ciddi çətinliklərlə üzləşib.
Rusiya hava hücumundan müdafiə sistemləri Türkiyə istehsalı olan PUA-ların öhdəsindən uğurla gəlməyə başlayıb.
Editor.az bildirir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin polkovniki Vladimir Valyux “Defence News”a müsahibəsində bildirib. “TB2-yə gəlincə, mən “faydasız” sözünü işlətmək istəmirəm, lakin onların istifadəsi üçün siyuasiyalar tapmaq çətindir”, –Valyux deyib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin müxtəlif bölmələri hələ də cəbhədə Türkiyə istehsalı olan pilotsuz təyyarələrdən istifadəni davam etdirir, lakin onların istifadə tezliyi və rolu xeyli dəyişib. Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi bunu ilk növbədə Rusiya hava hücumundan müdafiə sistemlərinin bu tip pilotsuz uçan aparatları uğurla məhv edən elektron müharibə sistemlərinin artan səmərəliliyi ilə əlaqələndirib.
//Samir Qurbanov, Editor.az

