“Bayram ərəfəsində qiymət artımının qarşısını necə almaq olar?”-Açıqlamabackend

“Bayram ərəfəsində qiymət artımının qarşısını necə almaq olar?”-Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 2023-cü ilə 1 ay qalıb. Hər dəfə bayram ərəfəsində bir çox məhsulun qiymətinin kəskin artımı müşahidə olunur.

2022-ci ildə minimum əməkhaqqının 300 manat təşkil etməsi bununla paralel olaraq ərzaq və xidmət qiymətlərinin artımı vəziyyəti bir qədər çətinləşdirir.

Bahalaşmanın, xüsusən də bayram vaxtlarında kəskin qiymət artımını necə aradan qaldırmaq olar?

Süni qiymət artımının səbəbləri nədir? Mövzu ilə bağlı Editor.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənovun sözlərinə görə,süni bahalaşma o halda ola bilər ki, mal satanlar öz aralarında sövdələşirlər. Bir sözlə bazarı inhisara alırlar: “Hər kəs öz malını, gördüyü işi istədiyi qiymətə təklif edə bilər. Azərbaycanda bəzi mallar təəssüf ki, inhisarda olub. Bu hal indi də var. İqtisadiyyat Nazirliyi, Gömrük Komitəsi bu işə nəzarət etməlidir.

Belə inhisarçılığın qarşısı alınmalıdır. İnhisardan doğmayan bahalaşma isə təbii qiymət artımıdır. Bunun da səbəbi ondan ibarətdir ki, bu gün dünyada qiymət artımı müşahidə edilir. Azərbaycanda dövlətin inhisarında olan, Tarif şurası tərəfindən qiyməti müəyyən edilən malların, xidmətlərin də qiyməti artıb. Dövlət bundan sonra öz müəyyən etdiyi qiymətləri qaldırmamalıdır. Qiymət artımının qarşısını almağın başqa yolu təəssüf ki, yoxdur”.

//Safura Bənnayeva, Editor.az