Bayram günlərində bu bank, poçt və valyuta dəyişmə məntəqələri işləyəcəkbackend

Bayram günlərində bu bank, poçt və valyuta dəyişmə məntəqələri işləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bayram günlərində Azərbaycanda fəaliyyət göstərəcək bank, poçt və valyuta dəyişmə məntəqələri açıqlanıb.

Editor.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 15-19 iyun tarixlərində, qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcək.

“Bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 15 bankın 158 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 72 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək”- AMB-dən bildirilib.

Bayram günlərində fəaliyyət göstərəcək bank filialları, poçt və valyuta mübadilə məntəqələri ilə aşağıdakı linklərdən tanış olmaq olar.