Bayramov Blinken və Mirzoyanla görüşübbackend

Bayramov Blinken və Mirzoyanla görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında növbəti üçtərəfli görüş başlayıb.

Editor.az xəbər verir ki, bu dəqiqələrdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında növbəti dəfə üçtərəfli görüş keçirilir.

Dövlət Departamentinin təşəbbüsü ilə baş tutan görüş Ağ evin tarixi rəsmi qonaq evi “Blair House”da baş tutur.

Görüşdən öncə E.Blinken jurnalistlərə açıqlama verib. O, iki ölkə arasında davam edən sülh danışıqlarında ABŞ-ın rolundan danışıb və yaxın gələcəkdə bölgədə davamlı sülhün əldə olunacağına ümid etdiyini deyib.