Türkiyə istehsalı “Bayraqdar”lar Rusiyanın iki desant-hücum katerini sıradan çıxarıb. Bu barədə Editor.az Ukraynanın Cənub Əməliyyat Komandanlığının məlumatlarına istinadən xəbər verir.
Xəbərə görə, “Bayraktarlar” Zmeinoye yaxınlığında Rusiyanın Tor hava hücumundan müdafiə sisteminə aid Serna tipli desant katerini və Raptor tipli 2 desant hücum katerini məhv edib. Daha bir Raptor isə ciddi zədələnib. Ekipaj və desant dəstəsindən 46 rusiyalı zərərsizləşdirilib.
Editor.az

