Bazar ertəsi Böyük Britaniya tankları Ukraynaya veriləcəkbackend

Bazar ertəsi Böyük Britaniya tankları Ukraynaya veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya hökuməti bazar ertəsi öz istehsalı olan ağır tankların Ukraynaya təhvil veriləcəyini elan edəcək.

Editor.az bildirir ki, bu barədə “The Guardian” Ukrayna mənbələrinə istinadən yazır. Həmsöhbətin sözlərinə görə, London yaxın vaxtlarda Kiyevə 10-a yaxın “Challenger 2” tankı göndərməyə razılaşıb.

Qeyd olunur ki, Britaniya tanklarının ilk tranşı daha çox simvolik jest və Qərbin ağır zirehli maşınlarının göndərilməsi ilə bağlı ilk hadisədir.

Kiyev bunun Almaniyaya yol açacağına ümid edir. Avropada13 ölkənin ordusunun xidmətində olan 2000-dən çox “Leopard 2” var. Lakin satış müqavilələrinə əsasən, Almaniya istehsalı olan hər hansı dəstin Ukraynaya təkrar ixracı üçün Berlinin razılığı tələb olunur. Alman mənbələri deyirlər ki, bu qərar hökumət dairələrində müxtəlif reaksiyalara səbəb olub.

Lakin kansler Olaf Solza tank tədarükü ilə bağlı “digər müttəfiq ölkələrin oxşar qərarlar qəbul etməsi” kömək edə bilər.

//Samir Qurbanov,Editor.az