“Bazara gedirəm” deyib evdən çıxan qız 19 gündən sonra görün harada tapıldı – VİDEO – FOTObackend

“Bazara gedirəm” deyib evdən çıxan qız 19 gündən sonra görün harada tapıldı – VİDEO – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

19 gün əvvəl Muğlada “bazara gedirəm” deyərək evdən çıxan və bir daha heç bir xəbər çıxmayan 17 yaşlı qız sevgilisinin evinin kömür qutusunda tapılıb.

Editor.az  haberler.com-a istinadən xəbər verir ki, qızın valideynləri sevgilisi S.Ö.-dən polisə şikayət ərizəsi yazıblar. İfadəsi alınan gənc sevgilisinin harada olduğunu bilmədiyini söylədikdən sonra sərbəst buraxılıb. Lakin polis araşdırmadan sonra qızın oğlanla bir neçə dəfə telefonla danışdığını müəyyən edib. Bu səbəbən də oğlan yenidən nəzarətə alınıb.

Ziddiyyətli ifadələr verən S.Ö. qızın ona məxsus bağ evində olduğunu deyib. Oğlanın atası və anası da saxlanılıb. Kömür bunkerindən çıxarılan qız başına gələnləri danışıb.