Bakı Dövlət Universitetində koronavirusa yoluxma halı baş verib.
Bu barədə Trend-ə universitetin mətbuat katibi Günel Orucəliyeva məlumat verib. O bildirib ki, yoluxma SABAH qruplarında qeydə alınıb:
“SABAH qruplarından olan 2 qrupda Covid-19 virusu aşkarlandığı üçün həmin qruplar 14 gün müddətinə distant təhsilə keçib”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, ali təhsil müəssisələrində əyani tədris sentyabrın 29-dan bərpa olunub. 18 yaşdan yuxarı tələbələrdən isə vaksin pasportu tələb edilir.

