BDU-da tanınmış alimin xatirəsinə qarşı sayğısızlıq… – Gərginlik yaşanıbbackend

BDU-da tanınmış alimin xatirəsinə qarşı sayğısızlıq… – Gərginlik yaşanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 25-də 62 yaşında dünyasını dəyişən Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin dekanı, Nanoaraşdırmalar Mərkəzinin rəhbəri, professor Məhəmmədəli Ramazanovun xatirəsinə çalışdığı ali məktəbdə sayğısızlıq nümayiş etdirilib.

“AzPolitika.info”-ya daxil olan məlumata görə, rəhbərlik Univeristetdə nə onun xatirə lövhəsini yerləşdirib, nə də anım mərasimi keçirib. Ənənəyə görə, BDU-da çalışan alimlər dünyasını dəyişərkən, dəhlizdə masa üzərində onların fotosu yerləşdirlir və qarşısına gül qoyulur. Eyni zamanda rəhbərlik rəsmi mətbuatda nekroloqla çıxış edir. Amma bəlli olmayan səbəblərdən mərhum Məhəmmədəli Ramazanov vəfatından sonra bu ənənələrəəməl olunmayıb.

Mənbə bildirir ki, tanınmış alimin xatirəsinə qarşı belə sayğısızlıq onun yaxınları ilə Universitet rəhbərliyi arasında gərginliyə səbəb olub. BDU əməkdaşlarının mərhum professorun xatirəsinə belə sayğısız yanaşmlarının səbəbini izah edə bilməyiblər.

Görünür, Universitet rəhərliyini başı bu günlərdə Azərbaycanda gündəm olan olan 19 yaşlı təlbənin qovulması ilə bağlı qalmaqala qarışıb.

Xatırladaq ki, noyabrın 23-də Universitetin Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs əyani tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlu rektorun əmri ali məktəbdən xaric edilib. O, dövlət bayrağına qarşı təqhirazmiz davranışda ittiham edilib.

 P.Məhəmmədov videomüraciət yayaraq, hərəkətinə görə peşman olduğunu bildirdikdən və hər kəsdən üzr istədikdən sonra Universitetə bərpa olunub.