BDU-dan bayrağa hörmətsizlik edən tələbə ilə bağlı AÇIQLAMAbackend

BDU-dan bayrağa hörmətsizlik edən tələbə ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs əyani tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlu Bakı Dövlət Universiteti tərəfindən verilmiş müvafiq əmrlə 23 noyabr 2020-ci il tarixindən Universitet tələbələri sırasından xaric edilmişdir.

Sosial şəbəkədə yayılan məlumata görə, tələbə universitetə bərpa olunub.

Milli.Az bildirir ki, azxeber.com məsələni dəqiqləşdirmək üçün universitetlə əlaqə saxlayıb.

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva deyib ki, tələbənin işinə bu gün baxılacaq:

“Pərviz Əlipənah oğlu Məhəmmədov Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevə ərizə ilə müraciət edərək bu əmrə yenidən baxılmasını xahiş etmişdir.

 

Bununla əlaqədar BDU rektorunun müvafiq əmri ilə komissiya yaradılmışdır.

Komissiyanın qərarına 30 noyabr 2020-ci il tarixdə keçiriləcək BDU Elmi Şurasında baxılaraq müvafiq qərar qəbul ediləcəkdir”.