BDU-dan Məzahir Pənahovun işdən çıxarılması ilə bağlı AÇIQLAMAbackend

BDU-dan Məzahir Pənahovun işdən çıxarılması ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun Bakı Dövlət Universitetinin (BDU) Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsindən azad olunmasına dair məlumat həqiqətə uyğun deyil.

Bunu Trend-ə açıqlamasında BDU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kəmalə Quliyeva deyib.

O bildirib ki, Məzahir Pənahov indi yox, 27 may 2019-cu ildə öz ərizəsi ilə işdən azad olunub.

“Fakültə Elmi Şurasının qərarı ilə bu ilin yanvarın 27-də Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsinə Rəhim Rəhimov seçilib.

Mətbuat orqanlarını istənilən məlumatı yayarkən dəqiqləşdirməyə çağırırıq”,- K.Quliyeva deyib.