BDU “Məzun Günü” tədbirinin təşkili üçün 147 min manat xərcləyəcəkbackend

BDU “Məzun Günü” tədbirinin təşkili üçün 147 min manat xərcləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universiteti (BDU) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. Yeniavaz.com xəbər verir ki, BDU tərəfindən 2023/2024-cü tədris ili üzrə “Məzun Günü” tədbirinin təşkili və keçirilməsilə bağlı müsabiqənin qalibi “ADMEDİA.AZ” MMC (VÖEN – 2002644161) olub.

Qeyd edək ki, BDU tenderin qalibi olan şirkətə 146 min 662 manat 20 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan “ADMEDİA.AZ” MMC 21 may 2013-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə, ev 2G ünvanında yerləşir. Şirkətin qanuni təmsliçisi Məmmədov Emin Əjdər oğlu, təsisçisi isə Sabit Məmmədovdur.