BDU-nun baş laborantı vəfat etdi – FOTObackend

BDU-nun baş laborantı vəfat etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universitetinin əməkdaşı dünyasını dəyişib.

Bununla bağlı məlumat sosial şəbəkədə yayılıb.

Universitetin Tarix fakültəsi, “Azərbaycanın maddi mədəniyyət tarixi” ETL-də baş laborant vəzifəsində çalışan Zaur Hüseynov vəfat edib.

1971-ci il mayın 22-də Bakı şəhərində anadan olub. 1988-ci ildə Bakı Dövlət Universiteti Tarix fakültəsinə daxil olub və 1993-cü ildə bitirib. 1994-1995-ci illərdə daxili qoşunlarda zabit rütbəsində xidmət edib. 2002-ci ildən Bakı Dövlət Universiteti Tarix fakültəsi “Azərbaycanın maddi mədəniyyət tarixi” ETL-də böyük laborant vəzifəsində işləyirdi.